Əhliman Əmiraslanov Saatlıda seçicilərlə görüşdü
10:22 13-10-2015
CƏMİYYƏT
Parlament seçkilərinə sayılı günlər qaldığı bir dövrdə Azərbayan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
"Unikal"ın məlumatına görə, Ə.Əmiraslanov deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan Saatlı rayonunun Novruzlu və Varxan kəndlərində seçiciləri ilə görüşlər keçirib. Görüşlərdə çıxış edən akademik Əhliman Əmiraslanov Azərbaycanda son illər bütün sahələrdə müşahidə olunan inkişafdan söz açıb. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Saatlı rayonunda da sosial layihələrin həyata keçirilməsi davam etdirilir
Ə.Əmiraslanov bildirib ki, "son beş il ərzində Saatlı rayonunun ərazisindən keçən Hacıqabul-Bəhramtəpə dövlət əhəmiyyətli magistral avtomobil yolunun 25 km hissəsi tam yenidən qurularaq istifadəyə verilmiş, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən hissəsində 233,5 m. uzunluğunda 7 aşırımlı avtomobil körpüsü salınmışdır. Rayonun Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu, Bəylər kəndlərinin qazlaşdırılması həyata keçirilmişdir. Rayonun Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar, Gomuşçu, Varxan, Qaralar kəndlərində qaz xətlərinin çəkilişi davam edir. Ötən beş il ərzində Qıraqlı kənd ümumi orta məktəbi və Nərimankənd kəndində 100 yerlik körpələr evi-uşaq bağçası tikilmişdir. Rayonun Məzrəli kəndində 1 saatda 3200 m3 su vuran nasos stansiyası qurulub istifadəyə verilib".
Ölkəmizdə əhalinin sosial rifahının getdikcə yaxşılaşdığını bildirən deputat bununla belə, vətəndaşları narahat edən bəzi problemlərin də olduğunu qeyd edib. Millət vəkili hər zaman olduğu kimi, bundan sonra da seçiciləri narahat edən məsələlərin Milli Məclisdə qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini, onların həlli naminə köməyini əsirgəməyəcəyini, hər zaman seçicilərinin yanında olacağını bəyan edib. Ə.Əmiraslanov həmçinin Azərbaycanın ümumilli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dövlət səviyyəsində görülən işlərdən, təhsil, səhiyyə sahəsində aparılan uğurlu islahatlar haqqında da danışıb. Görüşdə çıxış edən seçicilər də öz növbəsində hamılıqla Ə.Əmiraslanova səs verəcəklərini bildiriblər.
Seçicilər Ə.Əmiraslanovun deputat olduğu ötən 5 il ərzində rayon ərazisində sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən, hər hansı bir xəstəliklə bağlı deputata müraciət etdikdə dərhal lazımi tibbi xidmətlə təmin olunduqlarından danışaraq, növbəti çağırış parlamentdə də millət vəkili kimi məhz Ə.Əmiraslanovun Saatlı rayonunu təmsil etməsi arzusunda olduqlarını açıqlayıblar.
Görüşdə Novruzlu və Varxanlılarla yanaşı, digər ətraf kəndlərin sakinləri də iştirak ediblər.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18