Müsavatda qarşıdurma yenidən alovlanır
10:57 22-10-2015
CƏMİYYƏT
Sevinc Hüseynova: "Tural Abbaslı Müsavat Partiyasının nüfuzuna zərbə vurub"
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Tural Abbaslının və onun ətrafındakı digər müsavatçıların fəaliyyəti müzakirə edilib.
MNTK sədri Sevinc Hüseynova "Report"a açıqlamasında deyib ki, iclasda Tural Abbaslının və digər müsavatçıların MNTK-nın növbəti iclasına çağırılmaları ilə bağlı qərar qəbul olunub: "Biz Tural Abbaslının "Ağ blok" adlı blok yaratmasının səbəblərini bilmirik. Bunu yaratmaqda məqsədləri nədir? Onların bu addımları partiyanın nüfuzuna zərbə vurur. Kənardan elə görünür ki, onlara Müsavat Partiyasında şərait yaradılmadığına görə bu cür addım atıblar. Addımları da uğursuzdur. Bu məsələyə görə cavab verəcəklər. Burada söhbət təkcə Tural Abbaslıdan getmir, onun ətrafında bir neçə müsavatçı var, onlar barəsində də müzakirələr aparılıb, ölçü götürüləcək. Həmin müsavatçılar MNTK-nın növbəti iclasına çağırılacaq və məsələ aydınlaşdırılacaq".
S.Hüseynova qeyd edib ki, "Ağ Blok" bu ilki seçki prosesini uğursuzluqla davam etdirir: "Hər kəsə bəllidir ki, "Ağ Blok" çox uğursuz seçki işi apardı. Cəmi 3 nümayəndəsinin deputatlığa namizədliyi qeydə alınıb, onlardan ikisi Müsavat Partiyasının üzvüdür. Namizədliklərini irəli sürənlərdən xeyli hissəsi imza toplaya bilmədilər. Bu, o deməkdir ki, gücləri yoxdur, imza toplamaq üçün ətraflarında adam azdır. Təsəvvür edin, onlar Müsavat Partiyasının təşəbbüsü ilə seçkidə iştirak etsəydilər, rayon təşkilatları onlara imzatoplama kampaniyasında kömək edəcəkdilər. Yəni, bu halda seçki marafonu onlar üçün uğurlu ola bilərdi".
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib. T.Abbaslı yaratdığı blokun təşəbbüsü ilə bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürüb.
İlkin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18