Suriyadan axın başlayıb
Bəşər Əsəd hakimiyyətində təmsil olunan əşirətlərin bəzi üzvləri Gəncəyə qədər gəlib çıxıblar
Suriyada bir ildən artıqdır davam edən qanlı olaylar artıq ən təhlükəli mərhələyə qədəm qoyub. Bəşər Əsəd hakimiyyəti öz iqtidarını qorumaq üçün insanları kütləvi şəkildə qırsa da, müxalifətlə bacara bilmir. Ona dəstək verən dövlətlər isə bir-bir Suriya prezidentinin arxasından çəkilməyə başlayıblar.
Ancaq durum belədir ki, Bəşər Əsəd hakimiyyətdə qala bilmir. Ona hətta ölkəni tərk etmək barədə beynəlxalq təşkilatlar təklif də veriblər. Təklifdə deyilir ki, Suriya prezidentinin toxunulmazlığı təmin edilir. Amma bir şərtlə ki, o, ailəsi ilə birlikdə Rusiyada məskunlaşsın. Bu təklifin qəbul edilib, edilməyəcəyi məlum olmasa da, Əsədin artıq hakimiyyətdən getdiyi qətiləşir.
Qeyd edək ki, Suriyada hakimiyyətlər əşirətlər (tayfalar) sayəsində formalaşır. Bəşər Əsədin iqtidarı da ona yaxınlığı ilə seçilən tayfalardan təşkil olunub. Bu əşirətlərin durumu isə hər gün daha da ağırlaşır. Çünki Suriya prezidenti vəzifəsindən gedərsə, onun ətrafındakı tayfaların da vəziyyəti kəskin şəkildə pisləşəcək. Xüsusən də indiyə qədər qətliama məruz qalmış digər tayfalar onlardan qisas almaq üçün hərəkətə keçəcəklər. Bunun analogiyası bir dəfə Bəşər Əsədin atası Hafiz Əsədin dövründə yaşanıb. Belə ki, hakimiyyətə gələn ata Əsəd həmin vaxt ona müxalifət olan Humus əhalisini məhvə məhkum etmişdi. Həmin hadisələr zamanı 30 mindən artıq insanın öldürüldüyü bildirilir.
İndi isə vəziyyət tamam başqadır. Vəziyyət belədir ki, Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra onun atasının tutduğu yolu müxalifət həyata keçirə bilər. Artıq bununla bağlı yetərli qədər təhdidlər də var. Elə bu qorxudandır ki, Suriya iqtidarında təmsil olunan tayfaların bəzi varlı üzvləri özlərinə sığınacaq axtarmağa başlayıblar. Avropaya gedə bilməyən həmin əşirətin üzvləri orada həbs təhlükəsi ilə üzləşəcəklərindən ehtiyat edirlər. Afrika ölkələri isə onlar üçün əlverişli deyil. Çıxış yolu Rusiya və İran kimi dövlətlərə üz tutmaqdır.
Ancaq maraqlı məqam odur ki, Suriyadakı həmin əşirətlər yerləşmək üçün Azərbaycanı da özlərinə münasib biliblər. Bizə çatan məlumatlara görə, qeyd olunan tayfaların bəzi varlı nümayəndələri artıq Azərbaycana gəliblər. Ailələri ilə birlikdə ölkəmizdə məskunlaşmaq istəyən belə ailələrin sayının 30-a yaxın olduğu deyilir. Mənbə bildirir ki, onlar Bakını deyil, məhz Gəncəni özlərinə məskən seçiblər.
Məlumatlarda vurğulanır ki, Suriyadan gəlmiş bu ailələr Gəncədə özlərinə əmlak almağa da çalışırlar. İmkanlı olduqlarından villalara, iri həcmli mənzillərə pul xərcləmək istəyən əşirət nümayəndələri hələlik istəklərinə çatmayıblar. Amma onların varlı olduğu nəzərə alınarsa, bu istəklərini reallaşdırmaq heç də çətin olmayacaq.
Digər bir məlumat da ondan ibarətdir ki, Suriyada Bəşər Əsəd hakimiyyətini dəstəkləyən əsas qüvvələrdən biri də bu ölkədə yaşayan ermənilərdir. Onlar dəfələrlə Əsəd hakimiyyətinə qarşı çıxan müxalifət əleyhinə aksiyalar təşkil ediblər. Üstəlik, Şam ordusunun tərkibində ermənilərdən ibarət legionun xüsusi ilə qəddarlıq etdiyinə dair məlumatlar mövcuddur.
Bəzi Qərb mətbuatının yaydığı xəbərdə deyilir ki, Suriyada yaşayan ermənilər vəziyyətin pisləşdiyini görərən ölkədən qaçmağa başlayıblar. Hətta erməni qəzetləri bununla bağlı məlumat veriblər ki, İrəvana son iki həftə ərzində gəlmiş suriyalı ermənilərin sayı 1000 nəfəri keçib. Sarkisyan hakimiyyətindən yaşamaq üçün icazə istəyən həmin ermənilər məskunlaşmaq üçün də yer ayrılmasını xahiş edirlər. Ermənistan ərazilərində onların məskunlaşmasının uğurlu tapıntı olmadığını yaxşı bilən Sarkisyan iqtidarı isə bunun üçün Qarabağı hədəf göstərmək istəyir. Belə ki, Suriyadan gələn erməniləri işğal altındakı torpaqlarda yerləşdirmək fikrindədirlər. Lakin bununla bağlı hələlik qəti qərar verilə bilmir.
Cavid
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)