Nazim İsmayılov Sabirabadda durumu gərginləşdirir
11:33 06-06-2012
CƏMİYYƏT
Nazim İsmayılov Sabirabadda durumu gərginləşdirir
İcra başçısı növbəti dəfə yüzlərlə sakinin iradəsinə qarşı çıxdı
2010-cu ilin mayında sel daşqınlarından əziyyət çəkən Sabirabadın bir neçə kənd sakininin bazar ertəsi rayon İcra Hakimiyyətindəki görüşü nəticəsiz başa çatıb. Bu haqda "Unikal"a rayondakı qaynaqlardan bildirilib.
Qaynaqların deməsinə görə, rayon İcra Hakimiyyətinin binası önünə sel daşqınlarından əziyyət çəkən 200-ə yaxın rayon sakini gedib. Onlar açıq şəkildə bəyan ediblər ki, dövlət başçısının sərəncamına əsasən Kür-Araz daşqınlarından əziyyət çəkən vətəndaşların problemlərini həll etmək üçün 50 milyon manat vəsait ayrılsa da hər hansı iş görülməyib. Problemləri həllinin tapmamış sakinlərə nə kompensasiya verilir, nə evləri bərpa edilir, nə də ev tikilir. Amma rayon rəhbərliyi əvvəllər olduğu kimi yenə ə sel daşqınlarından əziyyət çəkən adamların şikayətlərinə müsbət cavab verməyiblər. Danışıqlar zamanı yüzlərlə sakinin xeyrinə hər hansı məsələ həllini tapmayıb.
Bu, Sabirabadda yeni gərginliyin yaranma ehtimalını artırır. Hesab edilir ki, daşqınların baş verməsindən üç il ötməsinə baxmayaraq, problemlərin hələ də həllini tapmaması səhlənkarlığın nəticəsidir. Sakinlər evlərin təmir olunmaması, antisanitariya üzündən yoluxucu xəstəliklərin baş qaldıracağından ehtiyatlanırlar.
Rayonun icra başçısı Nazim İsmayılov isə deyəsən, nə bu təhlükələrdən ehtiyatlanır, nə də vətəndaşların narazılığının ciddi qəzəbə dönüşəcəyindən narahatdır. Hər halda rayon ira hakimiyyəti rəhbərliyinin yüzlərlə insanın probleminin həlli istiqamətində laqeyd münasibət sərgiləməyə davam etməsi belə düşünməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12