Bu gün Azərbaycan beynəlxalq arenada öz yerini möhkəmlətməkdə və prinsiplərini həyata keçirtməkdədir. Bu bir daha sübut edir ki, Azərbaycan hüquqi dövlət quruculuğunu nə qədər sürətlə aparırsa, bir o qədər də xarici siyasətində uğurlara imza ata bilir. Məhz bunu nəzərə alan prezident İlham Əliyev də bəyan etdi ki, Azərbaycan diplomatiyası hücum diplomatiyasına üstünlük verəcək. Bunu da qeyd edək ki, ölkədə vətəndaş cəmiyyətinin də kifayət qədər güclənməsi bu prosesə üstünlük verir. Nəticədə nələr baş verirə
1. Hüquqi dövlət quruculuğu inkişaf etdikcə ölkəmiz beynəlxalq təşkilatlarla daha sistemli işləyir
2. Vətəndaş cəmiyyəti nə qədər inkişaf edirsə kənar qüvvələrin ölkəmizə təsir imkanları sıfıra enir
3. Dövlət quruculuğunun nəticəsi olaraq ölkəmiz başqa dövlət və təşkilatlarla ikitərəfli əlaqələr səviyyəsində əməkdaşlıq edir.
Bunu da qeyd edək ki, məhz bu faktorları nəzərə alan prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycanın heç bir qurumun üzvü olmaq niyyəti yoxdur və bütün əlaqələr bərabərhüquqlu şəkildə formalaşacaq. Söhbət istər Avropa Birliyi ilə, istərsə də Avrasiya İttifaqı ilə əməkdaşlıqdan gedir. Yeri gəlmişkən buna görə kifayət qədər təzyiqlər oldu və olmaqdadır. Amma Azərbaycan artıq elə bir səviyədədir ki, bu təzyiqlərə cavab verə bilir. Buna görə də istənilən məsələdə Azərbaycanın maraqları nəzərə alınır. Elə bu gün Avropa İttifaqı ilə aparılan danışıqlar da bunu təsdiq edir. Biz Avropa İttifaqına yeni saziş layihəsi təqdim etmişik. Saziş Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlığın qurulması ilə bağlıdır. Ona görə bu danışıqları başlamaq üçün Avropa İttifaqının xarici işlər xidməti buna mandat verməlidir.Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M.Məmmədquliyev bildirib ki, onların mövqeyi bir qədər fərqlidir, deyirlər ki, qabaqcadan bir neçə görüş keçirilsin, ümumi müzakirələr aparılsın, mandata salındıqdan sonra bu danışıqlara başlamaq olar: "Düşünürəm ki, ya dekabr ayında, ya yeni ildə müzakirə aparılsın. Sonra mandat verilsin və biz rəsmi olaraq bu danışıqlara başlayaq. əlbəttə ki, tərəflər arasında soyuqluq var. Amma söhbət yalnız AP qətnaməsindən getmir. Təbii ki, bu da öz rolunu oynayıb. Ona görə ki, orada çox yanlış məsələlər var. Amma soyumağımızın əsas səbəbi ondan ibarətdir ki, indiyə kimi bizim üçün lazım olan Dağlıq Qarabağ məsələsində belə bir mövqe almamışıq".
Nazir müavini sonra bildirib: "Riqa sammitində bəyan etdilər ki, "şərq tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyirlər: "Amma bu münaqişənin necə həll olunması ilə kommunikedə belə bir paraqraf yazmayıblar. Moldova, Gürcüstan, Ukrayna məsələsində həm ərazi bütövlüyünü dəstəkləyir, həm də məsələnin necə həll olunmalı olduğunu deyirlər. Azərbaycana gəldikdə isə deyirlər ki, Minsk qrupu var. Onlar nə qədər danışıqlara gəlsələr, biz dəstəyimizi bildirəcəyik. Amma söhbət ondan gedir ki, sənin mövqeyin nədirə Hansı prinsiplər çərçivəsində bu münaqişə həll olunmalıdırə Niyə digər ölkələrin münaqişəsində bunu deyirsiniz, amma Azərbaycanla bağlı demirsinizə Eyni zamanda, deyirsiniz ki, Azərbaycan bizim üçün çox vacibdir. Azərbaycan terrorizmlə mübarizədə, enerji təhlükəsizliyində, multikulturalizmdə çox vacibdir. Bu səbələrdən belə soyuqluq var. Tbilisidə görüş keçirildi. Nazir Elmar Məmmədyarov komissar Yohannes Hanla görüşdü. İlin əvvəlində ola bilsin ki, Federika Mogerininin Azərbaycana səfəri olsun. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq lazımdır. Amma eyni zamanda, biz öz mövqeyimizdə durmalıyıq. Çalışmalıyıq ki, danışıqlar da bu strateji çərçivədə olsun. Amma həm də bilməliyik ki, Avropa iqtisadi cəhətdən çox vacibdir. Texnologiya, yaxşı idarəçilik oradadır. Biz onlardan çox şey götürə bilərik, amma eyni zamanda da Qarabağ məsələsində tələb edəcəyik ki, bizə uyğun mövqe tutsunlar".
M.Məmmədquliyev vurğulayıb ki, bizim parlament qərar çıxarıb ki, daha Avronestdə iştirak etməsin: "Demək olmaz ki, parlamentin hamısı bu layihəyə səs verib. ən böyük partiya olan Avropa Xalq Partiyasınln üzvlərinin hamısı qətnamənin əleyhinə səs verib. Avropa parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil. Bu səbəbdən AP ilə işləmək lazımdır. Ona görə ki, o Aİ-nin bir təşkilatıdır. Bütün mühüm məsələlər AP-dən keçməlidir. Bizim parlamentlərarası əməkdaşlıq qrupumuz var. Bir müddətdir qrupun iclası keçirilmir. Düzdür, o qətnamədən sonra biz ümumiyyətlə bir sıra mexanizmləri dayandırmışıq. Amma bu parlamentin işidir, biz bir şey dəyə bilmərik".
Nazir müavini deyib ki, ÜTT-yə üzvlük məsələsi uzanır: "Ona görə ki, biz lazımi sənədləri hələ təqdim etməmişik. ÜTT-nin öz qaydaları var. Onlar bizim qarşımıza suallar qoyublar. Sonuncu görüş fevral ayında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar, xahiş ediblər. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələ ki, bunların heç birinə cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz danışıqlara hazır deylik. Biz onların istədikləri sənədləri hazır edəndə vaxt təyin edəcəklər, işçi qrupunun görüşü və ikitərəfli danışıqlar olacaq. Bizim məqsədimiz ondan ibarətdir ki, əvvəlcə iqtisadiyyatı şaxələndirək. Sonra danışıqları aparaq".
Və yaxud götürək YUNESKO ilə əməkdaşlığı. Bu xətlə Azərbaycan dəfələrlə beynəlxalq tədbirlər həyata keçirib, Ermənistanın mənəvi dünyamıza müdaxiləsini sıradan çıxardıb. Bu bu qurumun Hökumətlərarası Komitəsinin toplantısında Azərbaycan nümayəndə heyətinin Ermənistan tərəfinin növbəti təxribatına layiqli cavab verməsi də missal ola bilər. Belə ki, 30 noyabr-4 dekabr tarixlərində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçivəsində Ermənistanın təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" nominasiya faylı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb. Azərbaycanın təqdim etdiyi "Lahıc misgərlik sənəti" nominasiya faylı isə nümunəvi model kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Qeyri-maddi mədəni irs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndə heyəti çıxış edərək Komitəyə, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd edib, Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək, Azərbaycan tərəfini məsələnin siyasiləşdirməsində ittiham edib.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçərinin YUNESKO tərəfindən qəbul edilməməsini gizlətmək üçün həmişə olduğu kimi Azərbaycanı provokasiya və şantaja əl atdığını bildirib.
V.Eyvazzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. O bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, YUNESKO-nun müvafiq konvensiyasının prinsiplərinə və Komitəyə hörmət edir.
Keçən il də Ermənistan tərəfindən Komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını Komitə iştirakçılarına xatırladaraq, V.Eyvazzadə Ermənistanın YUNESKO-ya Köçəri faylının təqdim etməsinin Azərbaycanın qədim regionu olan Naxçıvana olan işğalçılıq iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb və çıxışının yekununda Ermənistan tərəfinin dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.
Beləliklə hesab etmək olar ki, Azərbaycanda hüquqi dövlət quruculuğu nə qədər effektli aparılarsa bir o qədər də hücum diplomatiyamız sərtləşər. Bunu da qeyd edək ki, vətəndaş cəmiyyətinin də inkişafı əlavə stimul verir. Yəni vətəndaş cəmiyyətinin özü də bu proseslərin aktiv iştirakçısına çevrilir və Azərbaycan reallıqlarını dünyaya çatdıra bilirlər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16