III dünya müharibəsinin ayaq səsləri eşidilir
11:23 09-12-2015
İQTİSADİYYAT
Qarşıdurma güclənir: Rusiya sualtı gəmisi Suriya sahillərində
Rusiyanın Qara dəniz donanmasına daxil olan "Rostov na-Don" sualtı gəmisi Aralıq dənizinin şərq hissəsinə girib və hazırda Suriya sahilləri yaxınlığındadır.
"İnterfaks" xəbər verir ki, sualtı gəminin arsenalında "Kalibr-PL" qanadlı raketləri var. Rusiyanın Xəzər donanmasındakı gəmiləri həmin raketlərin analoqlarından "İslam dövləti" terror qruplaşmasının mövqelərini vurmaq üçün istifadə edib.
Gəminin dəqiq koordinatları haqqında rəsmi informasiya açıqlanmayıb.
Bu arada Türkiyənin İŞİD-i məhv etmək üçün İraqa yeritdiyi qoşunun ilk görüntüləri yayılıb. Qardaş ölkə Türkiyə mediası xəbər verib ki, 6 min nəfərlik ordu Mosulun 30 kilometrliyində yerləşən Başika bölgəsində qərarlaşıb. Bununla yanaşı, həmin bölgəyə 140 zirehli hərbi texnika da yeridilib. Dünən isə Ankara bölgəyə daha 2 min əsgər göndərib.
30 min əsgərlik
hərbi düşərgə
Başikada böyük bir əməliyyatın keçirilməsi üçün 30 min əsgərin yerləşə biləcəyi düşərgə qurulub. Düşərgədə məsciddən hamama qədər hər şey inşa olunub. Düşərgədə 25 tank, 13-ü hərbi olmaqla 37 avtomobil, 18 kiçik zirehli maşın, 14 böyük zirehli maşın və çoxlu sayda təcili tibbi yardım maşını, su tankeri və digər ləvazimatlar var.
Başikadan başqa Zelikanda da əlavə bir düşərgə yaradılıb. Sərhədi keçən tank və hərbi maşınların bir qismi Bamarnidə yerləşdirilib. Bolu Dağ Komando Birliyinin bölgəyə göndərilən bəzi əsgərləri sərhəddəki Kanimasidə qərar tutublar. Onlar PKK-nın sərhədi keçməsinin qarşısını alacaq. Şimali İraqa göndərilən 8 min əsgərin içində olan bordobereli tağımlarının Ərbil, Zaho, Dohuk, Batufa, Süleymaniyə və Amadiyədə yerləşdiyi haqda məlumatlar var. Yaxın dövrlərdə bölgədəki türk əsgərlərinin sayının 30 minə çatdırılması planlaşdırılır. Türk əsgərlərinin düşərgə qurduğu Başika bölgəsi İŞİD-in mövqelərindən 10 kilometrlik məsafədə yerləşir.
20 gün içində yeni müharibə başlaya bilər
Mosulun keçmiş valisi Əsil Nuceyfi bildirib ki, Türk əsgərləri İraqın baş naziri Heydər Abadinin şəxsi istəyi ilə Başakiyə gəldiyini açıqlayıb.
Baş nazir isə yaydığı yazılı açıqlamada Türkiyənin İraq hökumətinə məlumat vermədən bölgəyə girdiyini deyib. Keçmiş vali isə qarşıdakı 20 gün içində böyük hadisələrin olacağını diqqətə çatdırıb.
Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi Türk əsgərinin Şimali İraqa girməsindən xəbərsiz olduqlarını desə də, dünən koalisiya güclərinin komandirlərindən biri qeyd edib ki, türklərin Mosula getməsi haqda onlara məlumat verilib.
Bağdad Rusiyadan hərbi müdaxilə istəsə...
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim əl Zamili isə Türkiyəyə qarşı Rusiyadan yardım istəyə biləcəklərini açıqlayıb.
"Əl Arab əl Cedid" qəzetinə danışan komitə sədri bildirib ki, Türkiyə işğalına və İraqın suverenliyinə yaranan təhlükəyə qarşı qısa müddət içində Rusiyadan ölkəmizə hərbi müdaxilə etməsini istəyə bilərik.
Xatırladaq ki, Rusiyanın Suriyaya girməsinə səbəb də Əsəd rejiminin Moskvadan hərbi yardım istəməsindən sonra baş verib. Məhz bundan sonra Suriyada III Dünya müharibəsinə gətirib çıxara biləcək qarşıdurmalar başladı.
Müharibənin
ilkin işartıları
Görünən odur ki, eyni vəziyyət İraqda da yaşana bilər. Rəsmi Bağdad Moskvadan hərbi yardım istəsə, Kreml bunu edəcək. Nəticədə isə Suriyada üz-üzə gələn Türkiyə və Rusiya İraqda da toqquşacaq. Artıq bunun ilkin konturları görünür. Belə ki, İraq hökuməti Rusiyanın hava əməliyyatlarına şərait yaratmaq üçün Şimaldakı hava sahəsini iki gün boyunca bağlayıb. Nəticədə Türk Hava Yolları, eləcə də digər ölkələrin aviareysləri uçuşları ləğv etmək məcburiyyətində qalıb.
Ekspertlər də bunu İraqda yeni müharibənin başlamasının ilkin işartıları kimi qiymətləndirirlər.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52