Millət vəkili Əli Kərimlini ifşa etdi
11:33 16-12-2015
CƏMİYYƏT
Tahir Kərimli: "Elə bilirsiniz, yadımızdan çıxıb?"
AXCP sədri Əli Kərimlinin həyata keçirdiyi yanlış siyasi xətt onun siyasi arenada tamamilə təklənməsi ilə nəticələnib. O, əvvəlcə radikal düşərgədəki ənənəvi müttəfiqlərini itirdi. Sərgilədiyi təkəbbürlü dəsti-xətt, özündən və ətrafındakı 5-10 nəfərdən başqa hər kəsi az qala xəyanətkar adlandırması çoxdandır ki, AXCP-nin təcrid olunmasına gətirib çıxarıb. İndi isə proses adıçəkilən partiyanın daxilinə sirayət edir və təşkilatın üzvləri bir - birinin ardınca istefa verdiklərini bəyan edirlər.
Bu baxımdan AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin eyni adlı yeni partiya təsis etməsi, ətrafına kifayət qədər çox saylı cəbhəçini toplaması həmin prosesin tərkib hissəsi sayılmalıdır. Bütün bu proses isə Əli Kərimlinin siyasi iflasını sürətləndirən faktorlardır. Sürətlə özünün iflasına doğru gedən AXCP sədri isə süni radikallıq sərgiləməklə həmin prosesi dayandırmağa, ən azından isə ləngitməyə çalışır. O, bu məqsədlə keçmiş siyasi müttəfiqlərinin üzərinə əvvəlkindən daha sərt şəkildə gedir, onları satqınlıqda, xəyanətdə ittiham edərək, tərəfdarlarına sanki "meydanda tək qalmışam" mesajını verməklə özünün əzabkeş obrazını formalaşdırmağa çalışır. Amma qarşı tərəfin cavab həmlələri Əli Kərimlini daha pis durumla üz-üzə qoymaqdadır. Hər halda onun xəyanətlə zəngin olan siyasi keçmişinin keçmiş müttəfiqləri tərəfindən xatırladılması Əli Kərimlinin bütün səylərinin nəticəsizliyini göstərir. Bu baxımdan millət vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimlinin sonuncu müsahibəsi diqqət çəkir.
Tahir Kərimli özünə qarşı aparılan "qara piar" kampaniyasına cavab verməklə yanaşı keçmiş hərəkat yoldaşına da bəzi zəruri xatırlatmalar edib: "2005-ci il Parlament seçkilərində müxalifətdən ürəyim sındı. İndi radikal olanlar vaxtilə parlamentdə oturdular və ona legitimlik veriblər".
Tahir Kərimlinin sözlərinə görə, indi hakimiyyətə qarşı radikal olan Əli Kərimli, AMİP 1991, 1992 və 2000-ci illərdə, Müsavat Partiyası isə 2005-ci ildə indi qeyri-legitim hesab etdiyi parlamentdə təmsil olunublar və onu legitim hesab ediblər: "Həmin illərdə bu partiyaların qərarlarına çox qəddar münasibət ortaya qoydum ki, hakimiyyətə güzəştə getmək olmaz. Müxalifətin evini belə şeylər yıxdı, gözdən düşdü. Onlara şərait yaradıldı, indi yadlarından çıxıb ki, deputat olanda necə yumşaq, necə mehriban idilər, indi radikallaşıblar. Elə bilirlər yadımızdan çıxıb? Bu gün Əli Kərimli ən radikal müxalifətçi olub.Yadımdan çıxmaz, parlamentdə olanda necə yumşaq idiniz. Həmin vaxtlar indi radikal olanlar, deputat olarkən rayonlarda partiya üzvlərinə necə biznes şəraiti yaradırdılar. Belə şeylər yaddan çıxar? 2000-ci ildə 27 partiya qol çəkdi ki, seçkiləri boykot edək. Həmin 27 partiya qərara sadiq qaldı, amma bunlar gedib parlamentdə oturdular".
2005-ci ildə müxalifət partiyalarını birləşmək əvəzinə bölücülük etdiyini xatırladan Tahir Kərimli keçmiş silahdaşlarını əqidələrinə sadiq qalmamaqda suçlayıb: ""Azadlıq" bloku, Əli Kərimli, "Boz qurd" Partiyası, KXCP öz namizədini müdafiə etdi. Onda gördüm ki, onlarda heç bir əqidə yox imiş. Xalq Hərəkatında olarkən görmüşdüm ki, Xalq Cəbhəsini təmsil edən insanlar əqidə sahibidirlər, indi necə oldular ki, onlar hər şeyi marginal, şəxsi maraqlara qurban verirlər? Nəticədə müxalifət birləşə bilmədi. Sən bilimirsən ki, müxalifət birləşməyəndə uduzacaq?".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28