YAP-dan MTN-in ləğvinə reaksiya
11:36 16-12-2015
CƏMİYYƏT
Aydın Mirzəzadə: "Təəssüf ki, son dövrlərdə "Mahmudovçu" qruplaşmasının həmin orqanın fəaliyyətinə kölgə salacaq hərəkətləri narahatlıq doğrururdu"
"Milli Təhlükəsizlik Nazirliyinin iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir".
Bu sözləri millət vəkili, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının rəsmisi Aydın Mirzəzadə sosial şəbəkədə yazıb. Deputat prezident İlham Əliyevin təhlükəsizlik orqanlarının yenidən təşkili ilə bağlı fərmanlarını dövlət təhlükəsizlik orqanlarının daha da səmərəli fəaliyyət göstərməsinə imkan verəcəyini bildirib: "Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycana qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Azərbaycan təhlükəsizlik orqanlarının böyük tarixi var və bu struktur daim dövlətçiliyə, öz xalqına xidmət nümunələri ortaya qoyub. Həmişə dövlət təhlükəsizlik orqanlarına cəmiyyətdə böyük hörmət olub. Təəssüf ki, son dövrlərdə "Mahmudovçu" qruplaşmasının həmin orqanın fəaliyyətinə kölgə salacaq hərəkətləri narahatlıq doğrururdu. Amma, ölkə başçısının vaxtında bu qruplaşmanı ifşa etməsi, onlara qarşı sərt cəza tədbirlərinin görülməsi, həmçinin həmin orqanların dövlətçiliyə bağlı, öz işinə məsuliyyətlə yanaşan kadrlarla möhkəmləndirməsi təhlükəsizlik orqanlarının əvvəlki nüfuzunun qaytarılmasına və daha da yüksəldilməsinə imkan verəcək".
Deputatın fikrincə, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18