Oqtay Şirəliyevin nazirliyi hara baxır?
13:04 17-12-2015
İQTİSADİYYAT
Azərbaycanda sağlamlıq üçün dəhşətli
dərəcədə zərərli dərmanlar satılır
"Nurofen", "Nurofen Migraine Paine", "Nurofen Tension", "Miqraleve", "Anadin", "Sudafed Sinus", "Nurofen Ekspress", "Feminaks Ekspress"... Bu dərmanlar başağrıları, bel və bədənin müxtəlif əzalarında ağrıları çox qısa zamanda kəsən, həddən artıq effektiv dərmanlar kimi reklam olunur. O da vurğulanır ki, adları çəkilən dərmanlar arasında ciddi fərqlər var.
Həmin dərman preparatlarını Britaniyanın "Reckitt Benckiser" şirkəti istehsal edir.
Şirkət alıcıları aldadır, çünki "dərmanlar arasında fərq olduğu" deyilsə də, əslində bəhs etdiyimiz preparatların istisnasız olaraq hamısı ibuprofen əsasında hazırlanır və faktiki olaraq bu kimyəvi qarışıqdan ibarətdir.
Avstraliyada şirkətin fəaliyyəti araşdırılıb və bəlli olub ki, "effektiv" adlandırılan preparatlar əslində "Nurofen" farmasevtik vasitələrinin ən ucuz məhsulları ilə identikdir. Lakin "effektiv" kimi reklam edilən "Nurofen versiyaları" adi preparatlardan 2 dəfə baha satılır.
Avstraliya Federal Məhkəməsinin qərarına görə, bu preparatların satışı dayandırılmalıdır. "Reckitt Benckiser" məhkəmənin qərarı ilə razılaşsa da, reklam fırıldaqları edərək alıcıları aldatmaq niyyətində olmadığını bəyan edib.
"Reckitt Benckiser" şirkəti dərman preparatları ilə yanaşı, məişət kimyası, gigiyena və dəriyə qulluq vasitələri də satır, "Clearasil", "Dettol", "Dosia", "Durex", "Finish" təki məhsulları istehsal edir.
Şirkət "Qeviskon" və "Strepsils" preparatlarını da satır.
Rusiyada "Nurofen" və onun "törəmələri"nin apteklərdə reseptsiz satışı qadağan olunub. Avropa Birliyi ölkələrində də belədir.
Azərbaycanda isə bu preparatları istənilən aptekdən reseptsiz almaq mümkündür.
Üstəlik, "effektiv" adlandırılan, əslindəsə tərkibi ibuprofendən ibarət olan dərmanlar "adi" preparatlarla müqayisədə baha satılır. Belədirsə, pulumuzu verib səhhətimizlə niyə risk edirik?
Bu məsələdə şübhəsiz, Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin də məsuliyyətini unutmaq olmaz. Hətta məsələ ilə bağlı konkret araşdırmalar aparması və addımlar atması gərəkən qurum məhz Səhiyyə Nazirliyidir.
Maraqlı və təəccüblüdür ki, Şirəliyevin nazirliyi hansı səbəbdən Avropa Birliyi ölkələrində və Rusiyada yasaqlanan, insan sağlamlığı üçün zərərli olduğu konkret şəkildə sübuta yetirilən preparatların Azərbaycanın dərman bazarında sərbəst şəkildə satılmasına göz yumur? Doğrudanmı, onlar sözügedən dərman məhsulları ilə bağlı baş verənlərdən xəbərsizdirlər? Doğrudanmı, vətəndaşların sağlamlığı bu qədər asanlıqla təhlükə qarşısında qoyula bilər?
Ümid edirik ki, Səhiyyə Nazirliyi yetkililəri istər yuxarıdakı, istərsə də mövzu ilə bağlı digər suallara(məsələn, sözügedən zərərli preparatların ölkəyə hansı şərtlər altında və kimlər tərəfindən gətirildiyinə dair...) ağlabatan izah verəcəklər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52