Tural Abbaslı Müsavat Partiyasını necə "dəfn etdi"?
13:06 17-12-2015
CƏMİYYƏT
"Artıq partiya siyasi proseslərə təsir imkanlarını tamam itirib..."
Arif Hacılının başqanlığa gətirilməsindən sonra Müsavat Partiyasında müşahidə edilən gərginlik və dağılma prosesi bu gün də davam edir. Məlumat üçün bildirək ki, Müsavatda keçmiş başqanlığa namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi qərarından sonra istefalar dalğası başlamış və onlarla müsavatçı qurumu tərk etmişdi.
Müsavat daxilindəki qarşıdurmanın ötən müddət ərzində dayanmaması isə adıçəkilən partiya üçün daha pis perspektiv vəd edir.
Bəziləri isə hesab edir ki, Arif Hacılı nominal başqan sayıla bilər. Çünki, o məsələlərin həllində real başqan statusunda əvvəlki başqan çıxış edir. Qeyd edək ki, bir müddət öncə Qubad İbadoğlu baş verənlərin arxasında məhz İsa Qəmbərin dayandığını açıq şəkildə söyləmiş və baş verənlərin onun ssenarisi üzrə inkişaf etdiyini demişdi: : "Onların müzakirələrindən bizə verilən məlumata görə, artıq qərarlaşdırılıb ki, partiyanın hansı üzvlərini Divandan xaric etsinlər. Eyni zamanda hansı üzvlərini Mərkəzi Nəzarət Təftiş Komissiyasında müzakirə edib partiya sıralarından çıxarsınlar".
Ötən gün isə "Ağ Blok"un təsisçisi, keçmiş Müsavat üzvü Tural Abbaslı mətbuata verdiyi açıqlamasında Müsavatı sərt şəkildə ittiham edib. Öncə Müsavatdan ayrılan narazıların cəm olduğu "Ağ blok"dakı son durumu şərh edən Tural Abbaslı daha sonra keçmiş partiyasını "sancmağı" da unutmayıb:
"Ağ Blok" olaraq biz qarşımıza qoyduğumuz məqsədin I mərhələsini uğurla başa vurmuş hesab edirik. Belə ki, çox qısa bir müddətdə yaranmağımıza baxmayaraq, seçkidə uğurla iştirak etdik və bu prosesdən tam istifadə edərək Blokun adını və hədəflərini cəmiyyətə təqdim edə bildik".
Növbəti mərhələdə blokun partiyaya çevrilməsi istiqamətində addımların atılmasını zəruri saydığını söyləyən Tural Abbaslı bu istiqamətdə artıq bəzi işlərin görüldüyünü və addımların atıldığını bildirib: "Bir çox insanlarla görüşlər keçiririk, müzakirələr, fikir mübadilələri və məsləhətləşmələr aparırıq. Həm də yaradılacaq partiyanın strukturlarının fotmalaşdırılması sahəsində də işlər görülür. Ancaq sizə də sirr deyil ki, hazırkı Azərbaycan reallığında bu işlər çox ağırdır. Çünki insanların və əsasəndə gənclərin prosseslərə inamı qalmayıb və siyasəti təhlükəli peşə hesab edirlər. Odur ki, hadisələr olduqca ləng inkişaf edir. Biz də öz növbəmizdə yersiz tələskənlik göstərib uğursuz bir qurum təsis etmək istəmirik. Partiyanın yaradılması istiqamətində 2-3 alternativ variantlar var, bu variantlardan ən uğurlusunu seçməyə çalışırıq".
Müsavat Partiyasına gəldikdə isə Tural Abbaslı deyib ki, bu partiyada qurultaydan sonra baş verən geriləmə təəssüf ki, göz önündədir. Səriştəsiz insanların yalnış qərarları və yarıtmaz idarəçiliyi nəticəsində 15 ilini həsr etdiyi Müsavat Partiyasının məhvə doğru getdiyini iddia edən Tural Abbaslı partiyanın rəhbərliyini kəskin şəkildə ittiham edib:
"Ən təhlükəlisi isə rəhbərliyin bu problemləri görməməzlikdən gəlməsidir. Artıq partiya siyasi proseslərə təsir imkanlarını tamam itirib. Düzü artıq bir müddətdir ki, biz də bu və ya digər məsələlərdə əvvəlki kimi iradlarımızı bildirmirik. Çünki iradlarımız nəzərə alınmırsa və qulaq ardına vurulursa, enerji və zaman sərf etməyə dəyməz. Mən əvvəl də demişdim, bu gün də təkrar edirəm, zaman hər şeyə öz layiqli qiymətini verəcək".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18