TQDK sədri statistikanı açıqladı
13:08 17-12-2015
CƏMİYYƏT
Məleykə Abbaszadə: "Birinci sinfə gedən qızların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmır"
Azərbaycanda son illər qızların məktəbdən yayınma halları daha çox müşahidə edlməyə başlayıb.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, birinci sinifə gedərkən təhsil alan uşaqların sayında qızlar və oğlanlar bərabər olub. Amma 9 ildən sonrakı nəticələrə baxarkən bu rəqəmlərdə azalma müşahidə edilir.
"Bəlli olur ki, onların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmayıb. Deməli 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir".
M.Abbaszadə eyni zamanda qeyd edib ki, Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən hər 100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır.
"Eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında da son 3-4 ildə sənəd verən qızların sayında azalma müşahidə edilir. "Bu il ali məktəblərə qəbul üçün 49 min oğlan sənəd verdiyi halda, sənəd verən qızların sayı 43 min olub. Azərbaycanda son 5 ildə qız abituriyentlərin orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksək olub. İnanıram ki, qızların təhsil alması məsələsi həmişə cəmiyyətin mərkəzində olacaq. Çünki savadlı qız yaxşı övlad böyüdə biləcək".
M.Abbaszadə qeyd edib ki, bu il ölkə üzrə abuturiyentlərin 53 faizi qız, 47 faizi oğlandır.
"Bu, elə də pis nəticə deyil. Amma bəzi rayonlarda, xüsusilə cənub zonasında oğlan abituriyentlər üstünlük təşkil edir. Bu il magistraturaya qəbul olunanların 55 faizi qızdır, 44 faizi oğlandır. Bu il rezidentura səviyyəsinə qəbul olunanların 77 faizi qız, 28 faizi oğlan olub. Bu da cəmiyyətdə belə bir tendensiya formalaşdırıb ki, müəyyən ixtisaslar "qız", müəyyən ixtisaslar "oğlan" ixtisasıdır".
M.Abbaszadə deyib ki, daha yüksək bal toplayan qızları valideynləri ali məktəblərin ödənişli ixtisaslarını seçməyə icazə vermirlər: "Əgər qızlar yüksək balla ödənişsiz ixtisaslara qəbul olunmurlarsa, onda qız abuturiyentlər daha çox orta ixtisas təhsili müəssisələrini seçirlər".
Orxan
Digər Xəbərlər
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00