Bahar Muradovadan ABŞ-a sərt təpki
13:13 17-12-2015
CƏMİYYƏT
Vitse-spiker: "ABŞ Uorlikə görə cavab verməlidir"
Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin özünü qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşməsinə münasibət bildirib.
Vitse-spiker Uorlikin bu hərəkətini beynəlxalq hüquqa və Azərbaycan qanunlarına zidd addım kimi qiymətləndirib. B.Muradova bildirib ki, ABŞ-ın qondarma rejim "rəsmisinə" viza verməsi və umumiyyətlə yüksək səviyyəli görüşlərin təşkil edilməsi, Ceyms Uorlikin sözügedən tədbirə qatılması və bu hərəkətini danışıqlar prosesinə töhfə verəcək addım kimi qiymətləndirilməsi vasitəçilik missiyasına sığmır: "Azərbaycan haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Hesab edirəm ki, ABŞ bundan nəticə çıxarmalıdır. Uorlikin hərəkətinə görə bu ölkənin yüksək səviyyəli rəsmiləri öz mövqelərini ifadə etməlidir".
B. Muradova C. Uorlikin ATƏT-in Minsk qrupu həmsədrliyi postundan geri çağrılması məsələsinin mümkün ola biləcəyini söyləyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı Səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" başlıqlı qurama tədbirə qatılıb. Tədbir çərçivəsində Ceyms Uorlik özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşüb. Buna etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a etiraz notası təqdim edib.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18