Azərbaycandan ABŞ Konqresinə daha bir etiraz
14:09 18-12-2015
CƏMİYYƏT
Mübariz Qurbanlı: "Smitin hazırladığı qanun layihəsi onun ermənipərəst mövqeyindən irəli gəlir"
"Konqresdə belə təxribat xarakterli layihələri ortaya qoyanlar Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirirlər".
Bu fikirləri Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin sdəri Mübariz Qurbanlı ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə layihənin təqdim olunmasına münasibət bildirərkən deyib. Komitə sədri bildirib ki, bu layihəni konqrensə təqdim edənlər Azərbaycanın regionda apardığı təhlükəsizlik siyasətinə qarşı çıxanlardır: "Bu layihəni diqqətlə araşdırmışıq. Layihə başdan-ayağa qərəzli şəkildə tərtib olunub. Bunu tərtib edənlərin məqsədi Azərbaycana bu və ya digər formada təsir göstərməkdir. Hesab edirəm ki, bu layihə alınmayacaq. Çünki, Azərbaycan belə təsirlərə uyaraq öz siyasətini dəyişən ölkələrdən deyil.
Layihədə erməni lobbisinin barmağı görünür. Lakin bu layihədə çox böyük yalanlara və səhvlərə yol verilib. Xüsusilə dinlə bağlı sahəni geniş təhlil etmişik. Orada məlumatlar veriblər ki, guya Azərbaycanda avdventistlər, babtistlər, protestlantlar, Yeqova şahidləri və digərlərinin hüquqları pozulur. Bu, tamamilə yalandır. Bu dini icmalar Azərbaycanda qeydiyyatdan keçib, təkrar qeydiyyatdan keçməməsələr də fəaliyyətlərinə heç bir mane yoxdur. Hətta onlara dini icmalara ayrılan vaitdən də yardım ayrılıb. Belə yalan məlumatlarla Azərbaycana qarşı qərəzli kampaniya aparanlara etirazımızı bildiririk. Hesab edirəm ki, belə layihələri ABŞ hökuməti dəstəkləməyəcək".
Qeyd edək ki, ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmeni Kristofer Henri Kris Smit Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Ölkəmiz əleyhinə kampaniya başladan konqresmen ermənipərəst mövqeyi ilə seçilir. Smit ABŞ-ın "erməni soyqırımı" tanımasının ən aktiv tərəfdarlarındadır. Smitin hazırladığı qanun layihəsi onun ermənipərəst mövqeyindən irəli gəlir.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18