Cahangir Hacıyevin şikayəti təmin edilməyib
14:11 18-12-2015
CƏMİYYƏT
Nərimanov rayon Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı şikayətinə baxılıb.
C. Hacıyevin vəkili Aqil Layıcovun apa-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
C. Hacıyev indiyə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Qanunvericiliyə əsasən barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməli idi.
Nərimanov rayon Məhkəməsinə C. Hacıyevin vəkili tərəfindən edilən şikayətdə onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasının qanunsuz hesab edilməsi istənilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18