Xanhüseyn

"Azərbaycanın və bütövlükdə türk dünyasının hansı diyarında oluramsa olum, əvvəlcə "Şəhidlər Xiyabanı"nı, ayrılıqda belə xiyabanlar olmasa da, şəhidlərin qəbirlərini ziyarət edirəm.
Erməni terroru nəticəsində nakam canların, həsrətlə baxan gözlərin, bir sözlə yağı düşmən amansızlıqlarının qurbanlarının, genetik fondumuza zərbələrin bir daha şahidi oluram".
Bunu Sosial Rifah Partiyası Ali Məclisinin iclasında partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib. X.Kazımlı bildirib ki, elə buna görə də bütün nəsilləri belə işgəncələrə məruz qalan günahsız övladların qisasını heç zaman unutmamağa səsləyir: "Çünki erməni millətçiləri milli qeyrətimizi ləkələməyi, insanlıq haqqımızı ayaqlar altına almağı, xalqımıza qarşı soyqırımları törətməyi uzunmüddətli strategiya kimi qarşılarına məqsəd qoyublar".