Azərbaycanda dolların məzənnəsi bahalaşıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,5332 manat təşkil edir.
Avronun məzənnəsində isə ucuzlaşma olub. Belə ki, hazırda 1 avro 1,6787 manata dəyişdirilir.