Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, nazir müavini Xələf Xələfov Azərbaycan dövlətinin İslam mədəniyyətinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, ölkə rəhbərliyinin İslam abidələrinin qorunub bərpa olunmasını daim diqqət mərkəzində saxladığını bildirib.
Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyinin təqdirəlayiq hal olduğunu qeyd edib.
X.Xələfov İslamafobiya meyllərinə qarşı mübarizə aparmaq üçün birgə səylərin artırılmasının vacibliyini bildirib. İslamın tolerantlıq dini olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili elan edildiyini və bu il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirildiyini diqqətə çatdırıb.