Azərbaycanın Baş naziri Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
12:26 23-12-2015
CƏMİYYƏT
Artur Rasizadə: "Azərbaycan hər zaman Türkiyənin yanındadır və bu, daim belə olacaq"
Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, A. Rasizadə Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilmiş seçkilərdə qələbə qazanmış parlament üzvlərini təbrik edib, seçkilərin beynəlxalq standartlara uyğun, demokratik və şəffaf şəraitdə keçirildiyini bildirib.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan baş nazir deyib ki, qardaş ölkələr arasında əlaqələr yüksək səviyyədədir, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə əlaqələr daha da genişlənir: "Dünyada cərəyan edən hadisələr, yeni çağırışlar bizlərdən də adekvat addımlar atmağı tələb edir. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün bizim böyük potensialımız var. Bu gün Azərbaycan və Türkiyə birgə böyük iqtisadi layihələr reallaşdırır. Dünyada cərəyan edən proseslər göstərir ki, biz istər iqtisadi, istərsə də siyasi cəhətdən daha da güclü olmalıyıq. Azərbaycan hər zaman Türkiyənin yanındadır və bu, daim belə olacaq".
Azərbaycanın sabit bir ölkə olduğunu vurğulayan A. Rasizadə diqqətə çatdırıb ki, dünyada gedən iqtisadi böhranlara baxmayaraq, təkcə son 11 ayda ölkə iqtisadiyyatı 3,1 faiz artıb, qeyri-neft sektorunda isə 7,5 faiz artım olub. Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir qeyd edib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyəti isə heç bir nəticə vermir.
İ. Kahraman bildirib ki, Türkiyədə hakimiyyətə gələn, parlament sədri seçilən şəxsin ilk səfərini qardaş Azərbaycana etməsi artıq bir ənənəyə çevrilib. O, Dağlıq Qarabağ münaqişəsinin Türkiyənin də problemi olduğunu vurğulayıb: "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunmalıdır".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44