Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən Unikal.org-a
verilən məlumata görə, iyunun 30-da Tarif (qiymət) Şurasının növbəti
iclası keçirilib və daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə,
indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici
maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması,
qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman
vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət
qeydiyyatına alınmış dərman vasitələrinin 99 faizini təşkil edir.
Bunlardan
7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər
2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının
1-dən qüvvəyə minəcək.
2016-cı
il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət
qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin
dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Həyata
keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 2557
dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb.
Belə ki, 29 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən
çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin
qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin "Azərsu ASC-yə verdiyi suyun topdansatış tarifinin qüvvədə olma müddəti 2016-ci il oktyabrın 1-dək müəyyən edilib.