1. 2016-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi;
2. Cari məsələlər.
Müşahidə Şurasının sədri gündəlikdəki birinci məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 19 istiqamət üzrə keçirilən müsabiqəyə 36 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə, daha 3 mətbuat orqanının - "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bükmeker" qəzetlərinin də müsabiqəyə layihə təklifləri təqdim etdiklərini bildirib.
V.Səfərli həmçinin qeyd edib ki, Fondun mütəxəssislərinin müvafiq araşdırmaları zamanı "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bukmeker" qəzetlərinin təqdim etdikləri sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyi aşkar olunub.
Sonra müsabiqəyə daxil olmuş sənədlər Müşahidə Şurası üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Rəşad Məcid, Bəxtiyar Sadıqov və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Müzakirələr zamanı Şura üzvləri sənədləri müsabiqənin elan edilmiş şərtlərinə və qaydalarına cavab verməyən "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bükmeker" qəzetlərinə maliyyə yardımının ayrılmasını məqsədəuyğun saymayıblar.
Müzakirələrin sonunda digər 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
2016-ci ilin IIyarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
â„– | Qəzetin Adı | Ayrılmış məbləğ |
1. | "Kaspi qəzeti | 60 000 |
2. | "Yeni Azərbaycan qəzeti | 60 000 |
3. | "Səs qəzeti | 60 000 |
4. | "Mövqe qəzeti | 60 000 |
5. | "Ədalət qəzeti | 60 000 |
6. | "525-ci qəzet | 60 000 |
7. | "Bakı-Xəbər qəzeti | 60 000 |
8. | "Yeni Müsavat qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress qəzeti | 60 000 |
11. | "Palitra qəzeti | 60 000 |
12. | "Paralel qəzeti | 40 000 |
13. | "Həftə içi qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan qəzeti | 40 000 |
15. | "Şərq qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi qəzeti | 40 000 |
17. | "Futbol+Qol qəzeti | 40 000 |
18. | "Bizim Yol qəzeti | 40 000 |
19. | "Olaylar qəzeti | 40 000 |
20. | "Novoye Vremya qəzeti | 30 000 |
21. | "Futbol+ qəzeti | 30 000 |
22. | "Üç Nöqtə qəzeti | 30 000 |
23. | "Azernews qəzeti | 30 000 |
24. | "Unikal qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyasıqəzeti | 20 000 |
26. | "Oxu məni qəzeti | 20 000 |
27. | "Reytinq qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri qəzeti | 9 000 |
29. | "The Business Times qəzeti | 9 000 |
30. | "Hərbi And qəzeti | 9 000 |
31. | "Türküstan qəzeti | 9 000 |
32. | "İqtisadiyyat qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9000 |
CƏMİ | 33 Redaksiya | 1.223.000 |