Banqladeşin paytaxtı Dəkkədə silahlılar diplomatik qəsəbədə yerləşən restorana hücum ediblər.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, silahlılar 20-60 say arası şəxsi girov götürüblər. Girov götürülənlərin əksəriyyətinin əcnəbi vətəndaş olduğu bildirilir. Belə ki, sözügedən ərazi diplomatik görüşlərin həyata keçirilməyi üçün nəzərdə tutulub.
Polis restoran binasını nəzarətə götürüb. Şahidlər içəridən atışma və partlayış səslərinin gəldiyini bildirirlər. İlkin məlumata görə, girovlardan azı 3 nəfəri ölüb, 30-a yaxın şəxs isə yaralıdır.
Silahlı basqının radikal islamçı qruplaşmalardan biri tərəfindən törədildiyi ehtimal edilir.