Ukrayna Ali Radasının Radikal Partiyasından deputatı İqor Mosiyçuk yeni Maydanın başlamasının mümkünlüyü haqda xəbərdarlıq edib.
Unikal.org Ukrayna KİV-nə istinadən bildirir ki, o bu haqda özünün Feysbuk səhifəsində xəbər yayıb.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin "Aydar və "Donbas batalyonlarının döyüşçüləri Kiyevin mərkəzindəki Kreşatiku küçəsini mühasirəyə alıblar. Onlar iyulun 1-də həbs edilən "Aydarın keçmiş komandiri "Batya ləqəbi ilə tanınan Valentin Lixolitanın azad olunmasını tələb edirlər.
"Bu, yeni milli inqilabın başlanğıcı ola bilər, - deputat belə hesab edir.
Mosiyçuk qeyd edib ki, aksiya xəbərdarlıq xarakterlidir. O, eyni zamanda əlavə edib ki, indi formalaşan avtomobil karvanı Ukrayna prezidentinin rezidensiyasına tərəf yollanacaq. Etiraz edənlərin nümayəndələri isə baş prokuror Yuri Lutsenko ilə görüşə gedib.
Qeyd edək ki, Lixolita barəsində iyulun 2-də 2 aylıq həbsqətimkan tədbiri seçilib. O, silahlı dəstə yaradaraq basqınlarda və adam oğurluğunda şübhəli bilinir.