Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qədr Gecəsi səbəbindən yaranan izdihamda 18 zəvvar yaralanıb. 
Unikal.org xəbər verir ki, Səudiyyə Ərəbistanının "İhbariyye" kanalının xəbərinə görə, Məkkə Sağlamlıq Təşkilatının sözçüsü Hamid əl-Maliki tərəfindən edilən açıqlamada Qədr Gecəsində yaranan sıxlıqdan sonra Kəbə ətrafında 18 zəvvarın yüngül şəkildə yaralandığı və təcili yardım əməkdaşları tərəfində onlara tibbi yardım göstərildiyi bildirilib. 
Yaralanan zəvvar daha sonra özlərini normal hiss ediblər.