Ramzan Kadırov Çeçenistan rəhbəri seçkilərində iştirak etməyə razılıq verib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, o, artıq sənədlərini seçki komissiyasına təqdim edib. Kadırov bu barədə şəxsi instagram hesabında da yazıb:
"Elə indicə bütün lazımi sənədlərimi seçki komissiyasına təqdim etdim. Namizəd olmağa razılıq barədə ərizəmi də verdim.
Ramzan Kadırov qeyd edib ki, onun sənədləri yoxlanılıb və şərtlərə uyğun hesab olunub.
Qeyd edək ki, Çeçenistanda seçkilər sentyabrın 18-də keçiriləcək