Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight markalı xam neftinin qiyməti ucuzlaşıb.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, "AzeriLight markalı neftin qiyməti 0,45 dollar və yaxud 0,89% azalaraq bir barelə görə 50,11 dollar təşkil edib.
Qeyd edək ki, "AzeriLight neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.