Bahar Muradova görüş keçirdi
13:00 24-12-2015
CƏMİYYƏT
Füzuli rayonundan millət vəkili, Milli Məclis sədrinin müavini Bahar Muradovanın 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
Horadiz şəhərində Muğam Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon sakinlərinin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan Alı Alıyev rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərindən bəhs edib.
Bahar Muradova çıxış edərək 1 noyabr Milli Məclisə keçirilən seçkilər zamanı ona səs verən, yenidən millət vəkili seçilməsində əməyi olan füzulililərə minnətdarlığını bildirib. Bahar Muradova dünyada və ölkədə gedən ictimai-siyasi prosseslərdən danışıb, ölkə başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətdən bəhs edib.
Görüşü yekunlaşdıran Alı Alıyev 2016-cı ildə planlaşdırılan tədbirlərdən danışıb, aidiyyəti təşkilatlara tapşırıq və göstərişlərini verib.
Görüş rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18