İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus "İl - 76 təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti-yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.
Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: "Saat 02 radələrində (Bakı vaxtilə 03 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan "İl - 76 təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb.
Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.
Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və "İl - 76 təyyarəsinin qara qutularından birini aşkarlayıblar.
Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.