Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü güc strukturlarındakı mənbələrə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 100-dən çox insan yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.