Avropanın ən inkişaf etmiş ölkələrindən olan Çex Respublikasının adı Çekya olaraq dəyişdirilib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Praqa rəhbərliyi qüvvəyə minən rəsmi dəyişikliyin ingilis, fransız, alman, rus, ərəb və Çin dilindəki versiyalarını başda BMT olmaqla bir çox beynəlxalq təşkilatlara göndərib.
Xarici İşlər Nazirliyinin sözçüsü Michaela Lagronova bildirib ki ölkənin yeni adı beynəlxalq yığıncaqlarda dərhal istifadə edilməyəcək.