Nyu-Yorkun Mərkəzi parkı ərazisində partlayış baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Onun ayağından yaralandığı bildirilir. Hazırda zərərçəkənə tibbi yardım göstərilir.
Hadisənin başvermə səbəbləri və təfərrüatları barədə hələ ki, məlumat verilmir.