İngiltərədə çəkilən "Love Island" adlı realiti şou cinsi əlaqəyə girən iştirakçıların görüntülərini efirə verdiyi üçün tənqid yağışına tutulub. 
Unikal.org "Telegraph" qəzetinə istinadən xəbər verir ki, şou iştirakçıları Emma-Jane Woodham ilə Terry Walshın əlaqəyə girdiyi görüntülər 10 dəqiqə ərzində "ITV" kanalında montaj edilmədən yayımlanıb.
Kanal bu görüntüləri efirə verdiyi üçün gənclər arasında meydana gələ biləcək mənfi təsirləri nəzərə almamaqda günhlandırılır.
Ölkədə televiziya yayımı ilə məşğul olan "Ofcom" isə proqramla bağlı şikayətlər aldıqlarını və mövzu ilə əlaqədar araşdırma başlatdıqlarını açıqlayıb.