İyulun 2-də axşam saatlarında Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobus qəzaya uğrayıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Sabak portalı xəbər yayıb.
Zəvvarlar ümrədən, Məkkədə müqəddəs yerləri ziyarət etməkdən (kiçik həcc) qayıdırmış. Qəza Ər-Riyad və Et-Taif şəhərləri arasındakı magistralda baş verib. Qəza nəticəsində 13 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Səudiyyə polisinin ilkin ehtimalına görə, qəza avtobusun ön təkərinin partlaması nəticəsində baş verib. Ancaq "Sabak portalının əldə etdiyi məlumata görə, Məkkədən geri qayıdan avtobusun sürücüsü avtobusu idarə etməyi gənc oğluna etibar edib. Gəncin idarə etdiyi avtobus bir neçə kilometr yol getdikdən sonra qəzaya uğrayıb.