ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) naməlum şəxslər məscidə daxil olan müsəlman həkimi güllələyib.
Unikal.org-un ABC telekanalına istinadən verdiyi xəbərə görə, ixtisasca oftalmoloq olan Arslan Tacamul iki güllə yarası alıb.
Xəstəxanaya çatdırılan həkim əməliyyat olunacaq. Onun həyatına təhlükə olmadığı bildirilir. Törətdikləri əməldən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.
Qeyd edək ki, bundan əvvəl Florida ştatında məscid yaxınlığında adı açıqlanmayan müsəlman naməlum şəxslər tərəfindən döyülüb.