Moskva vilayətində toy şənliyi zamanı Klyazmin su anbarında batıb.
Unikal.org Rusiya mediasına istinadən bildirir ki, 32 yaşlı xanımın ölümü haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Şahidlərin sözlərinə görə, iyulun 2-də şənliyin gedişində iştirakçılar bir sahildən o birinə üzmək qərarına gəliblər. Digər sahilə bir neçə metr qalanda gəlin suyun altına gedib, onun yanında üzən rəfiqəsi isə qadını xilas edə bilməyib.
Xilasedicilər gəlinin meyitini iyulun 3-də tapıblar. Məlumatda qeyd edilir ki, həmin su anbarında çimmək qadağandır.