Türkiyədə zəlzələ olub.
Unikal.org xəbər verir ki, 4,0 bal gücündə zəlzələ Manisa vilayətində baş verib. Yerli vaxtla saat 21:04-də baş verən zəlzələnin episentri Saruhanlı rayonunda, ocağı isə 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində dağıntı və zərərçəkən olmayıb.