Kanadanın baş naziri Castin Trüdo (Justin Trudeau) LGTB paradına qatılan ilk baş nazir kimi tarixə düşüb.

Unikal.org azvision.az-a istinadən bildirir ki, parad Toronto şəhərində keçirilib.

"Bu, mənim üçün LGTB birliyinin gözəl bayramıdır. Mən bura daha əvvəl də gəlmişdim və bunun böyük bir iş kimi qiymətləndirilməsi təəccüblüdür", - deyə baş nazir bildirib.

Trüdo, həmçinin seks-azlıqların hüquqlarının genişləndirilməsi üzrə qanunların qəbulunun vacib olduğunu vurğulayıb.