Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində 2016-cı il iyulun 18-də Gəncə, iyulun 25-də isə Quba şəhərində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfranslar keçirəcək.
Tədbirdə dövlət qurumlarının, QHT və KİV nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri olmaqla, ümumilikdə 200 nəfərin iştirakı gözlənilir.
Hər iki konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat veriləcək, ölkədə və regionda baş verən mühüm ictimai-siyasi proseslər müzakirə olunacaq.
Müzakirə şəraitində keçiriləcək konfranslarda həyata keçirilən islahatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, ictimaiyyət nümayəndələrinin münasibətləri öyrəniləcək, təkliflər dinləniləcək.
Qeyd edək ki, üç ay davam edəcək tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək.