Tərtər rayonunda qanunsuz at kəsimi ilə məşğul olanlar aşkarlanıb.
Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçivəsində iyulun 4-ü saat 1-2 radələrindəbTərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Büləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkarlanıb.
XidmətinTərtərRayon Baytarlıq İdarəsinin mütəxəssisləri rayonun Büləvətli meşəsində aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.