Bağdadda 200-dən çox insanın ölümünə səbəb olan partlayışlardan sonra 5 məhkum edam edilib.
Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə İraq Ədliyyə Nazirliyi məlumat yayıb.
Terror hücumunu törətməkdə təqsirli bilinənlərin edamı yerli "Əl İraqiyə" telekanalında yayımlanıb.
Qeyd edək ki, dünən İraqın baş naziri Heydər Abadi edama məhkum edilən bütün terrorçuların dərhal asılması barədə qərar qəbul edib.
Xatırladaq ki, iyulun 2-də Bağdadın mərkəzində yerləşən Karrada rayonunda partlayıcı quraşdırılmış avtomobil restoranın qarşısında partladılıb. Hadisənin ardınca Bağdadın şərqində növbəti partlayış baş verib. Nəticədə 213 nəfər həlak olub.