Generallar dəniz limanında toplandı
08:21 25-12-2015
CƏMİYYƏT
DSX və DGK rəhbərləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə tanış olublar
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində mövcud vəziyyətlə tanış olublar.
Komitənin mətbuat xidmətindən "Unikal"ya daxil olan xəbərdə bildirilir ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov qurum rəhbərlərinə limanın fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra gömrük və sərhəd xidmətlərinin rəhbərləri limanda Qazaxıstan və Türkmənistan istiqamətlərində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət edib, onları narahat edən məsələlərlə maraqlanıblar.
Yük avtomobillərinin sürücüləri limanın şəraiti, eləcə də gömrük və sərhəd rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını, yalnız bərə çatışmazlığı səbəbindən yaranan növbələr və vaxt itkisinə görə narahatlıqlarını ifadə ediblər. Sürücülər Qazaxıstanın Aktau limanında bərələrdən yüklərin boşaldılması və sənədləşmə proseslərinə həddən artıq vaxt sərf olunduğunu da qurum rəhbərlərinin diqqətinə çatdırdılar.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd olunan məsələnin həll edilməsi üçün araşdırma aparılacağını və tezliklə lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Sonra limanın buraxılış məntəqələrində gömrük və sərhəd nəzarətinin vəziyyətilə maraqlanan aidiyyəti qurumların rəhbərləri işin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar veriblər.
Daha sonra limanda yüklərin daşındığı bərələrə baxış keçirilib, kompleksin mövcud potensialı və son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin həllinə dair fikir mübadiləsi aparılıb.
Sonda adı çəkilən rəhbər şəxslər liman kompleksi ərazisindəki buraxılış məntəqələrinin piyada keçid xəttində vəziyyətlə də tanış olublar.
Hüseyn
Digər Xəbərlər
2024-07-28 15:43:34
![Tanınmış hərbi jurnalist vəfatETDİ Tanınmış hərbi jurnalist vəfatETDİ](/photos/unikal/1722167262_453252762_7942255515887984_6599403116667973573_n.jpg)
2024-07-28 15:29:08
![1000-dən artıq abituriyent imtahan verdi -YENİLƏNİB 1000-dən artıq abituriyent imtahan verdi -YENİLƏNİB](/photos/unikal/1722141113.1722139544_17221182895436853470_1200x630.jpg)
2024-07-28 14:54:51
![Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğurQAZANDI Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğurQAZANDI](/photos/unikal/1722164313.429d626d-ee8b-3c8e-952e-16666df2f726_850.jpeg)
2024-07-28 13:28:19
![Sabaha olan hava proqnozuAÇIQLANDI Sabaha olan hava proqnozuAÇIQLANDI](/photos/unikal/1701246870.1662971749.1562750296.hava.jpg)
2024-07-28 12:27:00
![Azərbaycan Mormon Kilsəsini rəsmi qeydiyyataALDI Azərbaycan Mormon Kilsəsini rəsmi qeydiyyataALDI](/photos/unikal/1722155292.4b427f0a-f452-3880-a192-2fa7e9e61b1f_850.jpg)
2024-07-28 10:12:55
![Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb –FAKTİKİ HAVA Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb –FAKTİKİ HAVA](/photos/unikal/1722147247.66a5e1193802766a5e11938028172214709766a5e1193802366a5e11938025.jpg)
2024-07-27 23:33:33
![COP29-un nümayəndə heyətlərinin rəhbərləri məsləhətləşmələr keçirdilər COP29-un nümayəndə heyətlərinin rəhbərləri məsləhətləşmələr keçirdilər](/photos/unikal/1722109012.01J3TPX2PMAT7B00WFMDYB3CT2.jpg)
2024-07-27 22:05:05
!["Süni intellektlə ailə üzvü adından danışıqlar aparıla bilər"- Elşad Hacıyev "Süni intellektlə ailə üzvü adından danışıqlar aparıla bilər"- Elşad Hacıyev](/photos/unikal/1700899515.elsad.jpg)
2024-07-27 20:25:15
![Qubadan dövlət sərhədi istiqamətinə gedən yolbağlandı Qubadan dövlət sərhədi istiqamətinə gedən yolbağlandı](/photos/unikal/1722087661.1719251406524062212_1200x630.jpg)
2024-07-27 19:54:10
![Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatır Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatır](/photos/unikal/1547745326.xezer_dalga1547742043.jpg)
2024-07-27 19:38:08
![Bakı Təşəbbüs Qrupundan “Paris-2024”də pozuntulara dairbəyanat Bakı Təşəbbüs Qrupundan “Paris-2024”də pozuntulara dairbəyanat](/photos/unikal/1722094195.1722088085979459928_1200x630.jpeg)
2024-07-27 17:55:05
![COP29 Azərbaycan Əməliyyat Şirkəti təlim proqramı keçirdi COP29 Azərbaycan Əməliyyat Şirkəti təlim proqramı keçirdi](/photos/unikal/1722085400.172208520434128139_1200x630.jpg)
2024-07-27 16:01:01
![Baxımsız qalan Kürdəmir Stadionunun son vəziyyəti- VİDEO Baxımsız qalan Kürdəmir Stadionunun son vəziyyəti- VİDEO](/photos/unikal/1722081693.10366321_850557088296729_4812276056927890466_n.jpg)
2024-07-27 15:03:57
![Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi](/photos/unikal/1722078267.WhatsApp Image 2024-07-27 at 14.32.16.jpeg)
2024-07-27 14:21:44
![Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir](/photos/unikal/1722075777.WhatsApp Image 2024-07-27 at 14.14.32.jpeg)
2024-07-27 13:22:11
2024-07-27 12:51:51
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı- VİDEO Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı- VİDEO](/photos/unikal/1722070373.adf047e6-a80f-37c1-a3c1-dc0d289c1134_850.jpg)
2024-07-27 11:40:13
![Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxladı Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxladı](/photos/unikal/1672237482.1672237288_1640166904_hebs-edildi-tezece.jpg)