Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə məhkəmənin tarixi məlum olub.

Unikal.org bildirir ki, bu barədə Lent.az-a vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 12-də keçiriləcək. Əfqan Məmmədov bildirib ki, materiallarla tanış olan zaman cinayət işində heç bir şahid və sübuta rast gəlməyib və bu iş xitam olunmalı idi.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.