"Narın dəstək verdiyi "Brain Ring intellektual bilik yarışlarının yeddinci mövsümü davam edir. Yarışlarda ölkənin 17 bölgəsini və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır. 

İntellektual verilişləri sevən televiziya tamaşaçıları üçün yayım zamanı xüsusi bir müsabiqə keçirilir. İzləyicilər efirdə səslənən suala "Twitter hesablarından cavab verərək "Nardan 4G-modem və 1 aylıq yüksəksürətli internet trafik qazana bilərlər. Bunun üçün "Twitter-də @salam_nar təqi vasitəsilə ən tez və dolğun cavab vermək lazımdır.

Televiziya tamaşaçılarının bilik yarışlarına olan marağını daha da artırmaq məqsədilə "Brain Ring və "Nar tərəfindən təşkil edilən onlayn müsabiqə verilişin yayımı zamanı aparıcı tərəfindən izləyicilər üçün səsləndirilən suallar əsasında aparılır. "Brain Ring həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nardan hədiyyə qazanmaq şansı əldə edirlər.

İyun ayında da "Twitter istifadəçiləri səsləndirilmiş sualları cavabsız qoymadılar. Ayın qalibləri: Rahilə Kərimzadə (@K_Rahile), Səxavət Eyvazov (@Saxaveteyvaz), Elşən Vahidoğlu (@Vahidoglu84), Emil Quliyev (@EmilioGooliyeff).

Müsabiqə və "Narın xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün "Narın "Twitter hesabına (@salamnar) yazmaq olar.