ABŞ Varşava sammitində Əfqanıstandakı hərbi kontingentinin miqdarını azaltmayacağını bəyan edəcək.
Bu barədə informasiyanı Rusiya mətbuatı özünün diplomatik mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, ABŞ ordusu 2001-ci ildən Əfqanıstandadır. Hazırda bu ölkədəki ABŞ hərbi kontingentinin miqdarı 9800 nəfərdir. Vaşinqton onun sayını 5500-ə qədər azaltmaq istəyir.