Ramazan bayramı ilə əlaqədar regionlara səfər edən sərnişinlərin sayı açıqlanıb.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının verdiyi məlumata görə, rayonlara səfər edənlərin sayı adi günlərlə müqayisədə xeyli artıb.

Bakı Beynəlxalq Avtovağzalında bu gün səhər saatlarından 18:00-a kimi 540 reyslə 13732 sərnişin daşınıb.