Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, saat 08.00-da "Əjdərbəy məscidində, saat 09.00-da isə "Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.
"Təzəpir məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.
Azərbaycanda bayram namazı qılındı - FOTO