Dövlət Gömrük Komitəsinin sədri sahibkarlara müraciət etdi
11:48 26-12-2015
CƏMİYYƏT
Aydın Əliyev deyib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını birbaşa qurmalıdır
"Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar".
Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. A.Əliyev Şirvanda bildirib ki, bu sahədə şəffaflığın tam təmin olunması həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: "Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərinin maksimum dərəcədə aşağı salmaqdır".
DGK sədri bildirib ki, bu yaxında o Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə sərhəd-keçid məntəqələrində yüklərin və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi ilə bağlı həmin məntəqələrdəki vəziyyət tanış olub. "Orada vətəndaşlarla və sürücülərlə görüşdük. Onların verdikləri təklifləri ətraflı öyrənmək və gələcəkdə realizə etmək üçün tapşırıqlar verildi. 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, artıq onlardan 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrük, nə də ki, sərhəd qoşunları ilə bağlı heç bir problemləri yoxdur", - deyə A. Əliyev qeyd edib.
Komitə sədri onu da qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalıdır.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şirvan Gömrük idarəsinin inzibati binasında Şirvan şəhərindən, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18