Bankların problemli müştərilərdən şikayətləndiyi bir dövrdə Tovuz sakini Məhərrəm İbrahimov da bankdan şikayət edir. Çünki o, kreditini planlaşdırılan vaxtan xeyli tez ödəyib bitirib. İndi isə deyir ki, banka 10 qəpik borcu qalanlara belə zənglər gəlir, ödəniş tələb edilirsə, vaxtından əvvəl ödəyənlərə niyə sığorta pulu qaytarılmır?
Problemli kreditlərin gündəmdə olduğu vaxtda müştəriləri problemli bank iddiası ilə çıxış edir. Krediti gecikdirəndə üzərinə faiz gəlir, dəfələrlə zənglər edilir, məhkəmə və sair yollara müraciət edilir. Bəs axtından əvvəl ödəyəni nə gözləyir?
Tovuz sakini Məhərrəm İbrahimovun başına gələnlər bu suala səbəb olub. O, rayonda da fəaliyyət göstərən ''Kred Aqro'' kredit təşkilatından 3 min manat pul götürüb. 18 aylıq krediti 9 aya qaytarsa da qalan sığortasını geri ala bilmir.
Kənd sakini bankların onun hüququnu pozduğunu deyir. Məsələ ilə bağlı "Kred Aqro" kredit təşkiltına müraciət edik. Bildirildi ki, Azaflı kənd sakini kreditini vaxtından tez ödəyib. Ona qaytarılmalı olan sığorta ödənişi ni isə ləğv olnmuş "Texnikabank"ın tərkibində fəaliyyət göstərən Alfa sığorta şirkəti ödəməlidir.
Məhərrəm İbrahimov adıçəkilən bankın Tovuz filialında müraciət edib ordan bildirlib ki, adıçəkilən bank bağlandığından o baş ofisə müraciyyət etməlidir. İndi Məhərrəm İbrahimov hadisə ilə bağlı hüquq mühavizə orqanlarına müraciət edəcəyini deyir.