Qarabağla bağlı Azərbaycanı razı salacaq yeni ssenari
15:17 29-12-2015
CƏMİYYƏT
Qərb mənbələri narahatdır: Rusiya Qarabağda nə etmək istəyir?
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Nazir təbrikində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxdığını, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapdığını, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işinin uğurla davam etdirildiyini xatırladaraq düşmənə önəmli mesajlar verib: "Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq. Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır. İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və "Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır" şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz".
Müdafiə nazirinin Azərbaycan əsgərinə ünvanladığı bu bayram təbrikini isə bəzi ekspertlər düşmənə müharibə çağırışı kimi dəyərləndirib. Maraqlıdır, görəsən qarşılamağa hazırlaşdığımız 2016-cı ildə Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilərmi? Hər halda bir sıra əcnəbi ekspertlər də 2016-cı ildə Qarabağda müharibənin başlaya biləcəyini ehtimal edir. Bu baxımdan a.ağıdakı fikirlərə göz atmaq yerinə düşər.
"Güney Qafqazda il necə başlamışdısa, eləcə də başa çatır - 1994-cü ildə olunmuş atəşkəs sazişinin yaratdığı təmas xətti və Azərbaycan-Ermənistan sərhədində tank və toplardan artilleriya atəşləri ilə bitir. 2016-cı il regiondakı sonuncu dondurulmuş münaqişənin "oyanış" ili ola bilər - ələlxüsus da elə bir vaxtda ki, situasiyanı hər iki tərəfin liderləri silkələyir və buna Rusiya prezidenti bu və ya başqa dərəcədə dəstək verir". Bu barədə Avstriyada nəşr olunan "Der Standart" qəzetinin siyasi şərhçisi Markus Berbnat yazıb.
21 illik atəşkəs rejimindən sonra Ermənistan - Azərbaycan müharibəsi yenidən gündəmi məşğul etməyə başlayıb. Kremlin təkdləri qarşısında rəsmi Bakının Qərb və Rusiya arasında konkret seçim etməməsi, Putin administrasiyasını məsələni "Qarabağ kartı"nı yenidən oynamaqla həll etməyə çalışır. Moskva Bakıdan Avrasiya İttifaqına üzvlük məsələsində konkret cavab gözləyir. Azərbaycan hakimiyyəti isə üzvlük qarşısında əsas şərt kimi Ermənistan tərəfindən işğal edilmiş ərazilərin geri qaytarılmasını irəli sürür. Kreml bunu nəzərə alaraq müəyyən ssenarini ortaya ata bilər. Həmin plan əsasında gələn il Rusiya Ermənistan və Azərbaycan arasında müharibəyə start verilə bilər. Nəticədə Dağlıq Qarabağa qədər işğal altında olan rayonları Azərbaycan ordusu geri qaytaracaq. Beləliklə, Dağlıq Qarabağın aralıq statusunun müəyyən olunması üçün qaçqınlar azad edilmiş rayonlar, o cümlədən Dağlıq Qarabağa qaytarılacaq.
Politoloq Zərdüşt Əlizadə avstriyalı şərhçinin yuxarıda qeyd etdiyimiz fikirlərinə münasibət bildirərkən deyib ki, Avstriya mediası böyük kəşfiyyat məlumatlarına sahib olan ən mötəbər mənbələrdən biridir: "Yəqin avstriyalı mənbələr bu barədə nəsə bilir. Mən isə düşünürəm ki, 2016-cı ildə Ermənistan və Azərbaycan arasında növbəti Dağlıq Qarabağda müharibəsi olmayacaq. Lakin Avstriya mediasının yaydığı məlumatlara da hörmət edirəm bu məlumatın mötəbərliyinə inanıram".
Qeyd edək ki, 2014-cü ilin avqustundan Ermənistan - Azərbaycan cəbhə xəttində başlayan gərginlik İngiltərə, Almaniya və ABŞ mediasında "Qarabağda savaş rüzgarları əsir" başlığıyla manşetlərə daşınır. İddialara görə, gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici il ola bilər. Qərb mənbələri ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rollarını azaltmaq üçün 2016-cı ildə Rusiyanın problemin həllində təktərəfli formada Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyasını üzərinə götürəcəyini iddia edirlər. Həmin ssenari əsasında, başlanacaq "süni müharibə" ilə Rusiya rəqiblərini prosesdən kənara çıxarmağa çalışa bilər. Bu ehtimalda da, Dağlıq Qarabağətrafı rayonların Azərbaycana geri qaytarılması əsas tezis kimi qabağa çəkilir.
Elvin
Digər Xəbərlər
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00