"KİV haqqında" qanuna dəyişiklik edildi
15:59 29-12-2015
CƏMİYYƏT
Milli Məclisin iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən qanunun 9-cu maddəsində "təsisçinin və ya məhkəmənin" sözləri "təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının" sözləri ilə əvəz edilir.
Çıxış edən Qüdrət Həsənquliyev dəyişikliyə etiraz edib.Fazil Mustafada eyni mövqe ifadə edərək dəyişikliyin Konstitusiya pozuntusu olduğunu söyləyib.
SədrOqtay Əsədovisə burada heç bir Konstitusiya pozuntusunun olmadığını deyib.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da məsələyə münasibətini bildirib. O qeyd edib ki, "Televiziya və radio yayımı haqqında" qanuna əsasən MTRŞ hər hansı televiziyanı bağlaya bilər: "Artıq Azərbaycanda televiziya və radio yayımı haqqında müvafiq qanun var. Televiziya strateji sahədir. Azərbaycanın bütün regionlarında telekanallar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Ancaq bunun üçün müvafiq məhkəmə var və məhkəmənin qərarı olmalıdır. Hesab edirəm ki, oxşar təcrübə bir çox dövlətlərdə var. Mən də bu dəyişikliklərə səs verəcəyəm".
Layihə səsə qoyularaq qəbul olunub.
Digər Xəbərlər
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00