Ermənistan prezidenti Serj Sarqsyan Polşanın paytaxtı Varşavada fransalı həmkarı Fransua Ollandla görüşüb.

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. S.Sarkisyan münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransaya təşəkkür edib.

Prezidentlər Vyana və Sankt-Peterburq görüşlərindən sonra qəbul olunan bəyanatlarda əksini tapmış müddəalara riayət olunmasının vacibliyini vurğulayıblar.